Kiyevdə "Eurovision-2017" müsabiqəsinin açılışı olub

Kiyevdə "Eurovision-2017" müsabiqəsinin açılışı olub 42 ölkənin nümayəndələri rekord uzunluğa malik qırmızı xalça üzərindən keçib
Şou-biznes
2130
8 May , 2017 09:39
Kiyevdə Eurovision-2017 müsabiqəsinin açılışı olub
eurovision.tv

Bakı. 8 may. REPORT.AZ/ Kiyevdə "Eurovision" beynəlxalq mahnı müsabiqəsinin 62-ci mövsümünün açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, açılış mərasimi çərçivəsində 42 ölkənin nümayəndələri Konstitusiya Meydanında və Mariinski Sarayının yaxınlığındakı xiyabanda yerləşən və rekord uzunluğa (265 metr) malik qırmızı xalça üzərindən keçib.

Nümayəndə heyətlərinin rəsmi keçidi təxminən 3 saat davam edib. Fanatları salamladıqdan və mətbuatla ünsiyyətdən sonra musiqiçilər "Parkovı" Konqres-Sərgi Mərkəzinə gediblər.

Xatırladaq ki, müsabiqənin yarımfinalları mayın 9-da və 11-də, final isə mayın 13-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi