Kanadalı müğənni Leonard Koen 82 yaşında vəfat edib

Kanadalı müğənni Leonard Koen 82 yaşında vəfat edib Səsyazma Akademiyası 2010-cu ildə ona həyat uğurlarına görə Qremmi mükafatı təqdim edib
Şou-biznes
11 Noyabr , 2016 13:47
Kanadalı müğənni Leonard Koen 82 yaşında vəfat edib

Bakı. 11 noyabr. REPORT.AZ/ Məşhur kanadalı müğənni, bəstəkar, şair, yazıçı, Leonard Koen 82 yaşında vəfat edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Kanadanın Monreal şəhərində böyüyüb boya-başa çatan, amma 1967-ci ildən ABŞ-a köçən L.Koenlə vida mərasimi son dövrlərdə yaşadığı Los-Ancelesdə keçiriləcək.

Kanadanın baş naziri Castin Trüdo da uzun müddət ölkənin ən məşhur yazıçılarından sayılmış L.Koenin xatirəsini yad edib.

"Başqa heç bir şairin musiqisi Leonar Koeninki kimi səslənmirdi. Onun musiqiləri hələ də dillər əzbəridir", - C.Trüdo "Twitter" hesabında yazıb.

Qeyd edək ki, L.Koen yaradıcılığına şair kimi başlayıb və sonradan musiqi sahəsinə meyil salıb. Onun sonuncu, 14-cü albomu (You Want It Darker) ölümündən cəmi bir ay əvvəl - oktyabr ayında işıq üzü görüb.

Onu da əlavə edək ki, Səsyazma Akademiyası 2010-cu ildə ona həyat uğurlarına görə, Qremmi mükafatı təqdim edib.

Son xəbərlər

Orphus sistemi