İspaniyada "Def con Dos" adlı musiqi qrupununun solistinə həbs cəzası verilib

İspaniyada "Def con Dos" adlı musiqi qrupununun solistinə həbs cəzası verilib Onun həbsinə səbəb terroru dəstəkləyən yazısı olub
Şou-biznes
19 Yanvar , 2017 19:01
İspaniyada Def con Dos adlı musiqi qrupununun solistinə həbs cəzası verilib

Bakı. 19 yanvar. REPORT.AZ/ İspaniya Ali Məhkəməsi "Def con Dos" adlı musiqi qrupununun solisti Sezar Avqusto Montana Lehmanna 1 il həbs cəzası verib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, məhkəmənin qərarına səbəb müğənninin 2013-ci ilin noyabrından 2014-cü ilin yanvarınadək "Twitter" hesabında ETA ə GRAPO terror təşkilatlarını (1 Oktyabr Antifaşist Dirəniş Təşkilatı) dəstəkləyən və terror qurbanlarına qarşı alçaldıcı ifadələrin yer aldığı paylaşımları olub.

Prokurorluq müğənniyə 1 il 8 ay cəza verilməsini tələb etsə də, Milli Məhkəmə keçən ilin iyul ayında ona bəraət verib, lakin dövlət ittihamçısı qərarla razılaşmayaraq protes verib.

İspaniya Ali Məhkəməsi isə solistə 1 il həbs cəzası verib, eyni zamanda fəaliyyətinə 6 il 6 ay müddətinə qadağa qoyub. 

Son xəbərlər

Orphus sistemi