İslandiyada "Eurovision 2019" mahnı müsabiqəsinə qarşı kampaniya başlayıb

İslandiyada "Eurovision 2019" mahnı müsabiqəsinə qarşı kampaniya başlayıb İslandiyanın milli kanalı olan RUV TV-dən yarışmaya qatılmaqdan imtina etməsi istənilir
Şou-biznes
17 May , 2018 17:10
İslandiyada Eurovision 2019 mahnı müsabiqəsinə qarşı kampaniya başlayıb
0 : 00
0 : 00

Bakı. 17 may. REPORT.AZ/ İslandiyada "Eurovision 2019" mahnı müsabiqəsinə qarşı kampaniya başlayıb. 

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 18 mindən çox ölkə vətəndaşı Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda xeyli sayda fələstinlinin həlak olmasına və yaralanmasına etiraz olaraq elektron ərizə imzalayıblar.

Onlar İslandiyanın milli kanalı olan RUV TV-dən yarışmaya qatılmaqdan imtina etməsini istəyiblər: "Fələstinlilərin hüquqları pozularkən İslandiyanın belə bir qlamur müsabiqədə iştirak etməsi bağışlanmazdır".

RUV telekanalının direktoru Skarpedin Qudmundson isə İslandiyanın yarışmada iştirakdan imtina etməyəcəyini açıqlayıb.

Qeyd edək ki, “Eurovision 2018”in qalibi “Toy” mahnısı ilə İsrail təmsilçisi Netta Barzilai olub. 

Son xəbərlər

Orphus sistemi