Hollivudun məşhur aktyoru dəri xərçəngindən əziyyət çəkir

Hollivudun məşhur aktyoru dəri xərçəngindən əziyyət çəkir Hyu Maykl Cekman hər kəsə günəş əleyhinə kremlərdən isifadə etməyi məsləhət görüb
Şou-biznes
115
9 Fevral , 2016 16:24
Hollivudun məşhur aktyoru dəri xərçəngindən əziyyət çəkir

Bakı. 9 fevral. REPORT.AZ/ Hollivudun məşhur aktyoru, avstraliyalı televiziya və kino aktyoru, prodüser Hyu Maykl Cekman dəri xərçəngindən əziyyət çəkir.

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, aktyor xərçənglə mübarizə apardığını bildirib.

H.M.Cekman hər kəsə məsləhət görüb ki, vaxtında günəş əleyhinə kremlərdən istifadə etsinlər. Günəşin yandırıcı şüalarından qorunmaq lazım olduğunu deyən aktyor dəri xərçənginin yüngül formasından əziyyət çəkdiyini də bildirib.

2013-cü ildən bir-birinin ardınca 5 əməliyyat keçirən aktyor həyatında möcüzənin olacağına inanmaq istədiyini vurğulayıb. 

Xatırladaq ki, Hyu Maykl Cekman 1968-ci ildə Sidneydə anadan olub. Karyerasına teleseriallardan başlayan aktyor "Toni” və "Emmi” kimi nüfuzlu mükafatlara layiq görülüb. "Səfillər” ekran əsərində ifa etdiyi Jan Valjan roluna görə Amerika Kinoaktyorlar Gildiyasının mükafatını qazanıb.

Son xəbərlər

Orphus sistemi