“Gangsta’s Paradise”ın ifaçısı Kulio vəfat edib

“Gangsta’s Paradise”ın ifaçısı Kulio vəfat edib Məşhur amerikalı reper Kulio (tam adı: kiçik Artis Leon Ayvi) 59 yaşında ABŞ-ın Los-Anceles şəhərində vəfat edib.
Şou-biznes
29 Sentyabr , 2022 05:06
“Gangsta’s Paradise”ın ifaçısı Kulio vəfat edib

Məşhur amerikalı musiqiçi, 90-cı illərin əfsanəvi reperi Kulio (əsl adı: kiçik Artis Leon Ayvi) 59 yaşında ABŞ-ın Los-Anceles şəhərində vəfat edib.

“Report” TMZ nəşrinə istinadən xəbər verir ki, ifaçının ölümünə səbəb ürəktutmasının olduğu güman edilir.

Qeyd edək ki, Kulio “Gangsta’s Paradise” (1995) albomundakı eyniadlı treki ilə dünyada məşhurluq qazanıb. Həmin kompozisiya 1990-cı illərin qanqster repinin klassikası hesab edilir.

İngilis versiyası Rapper Coolio dead at 59

Son xəbərlər

Orphus sistemi