"Bakı mənim üçün sevinc, günəş, qonaqpərvərlik və mehriban insanlar, dəniz və təbii ki "JARA" festivalının keçirildiyi şəhərdir".
"Report" xəbər verir ki, bunu Rusiyanın Xalq artisti Filip Kirkorov
"JARA" festivalı sənətçiləri və tamaşaçıları birləşdirir. Allaha şükürlər olsun ki, Emin kimi belə çətin iqtisadi dövrdə belə möhtəşəm festival keçirən insanlar var. Əminəm ki, bir neçə ildən sonra bu festival dünyada ən yaxşılardan birinə çevriləcək", - F.Kirkorov jurnalistlərə söyləyib.
Rusiyanın Xalq artisti əlavə edib ki, payızda Bakı tamaşaçılarını yeni şousu ilə sevindirmək istəyir: "Bakıda keçiriləcəyinə ümid etdiyim böyük konsertdən əvvəl mənim üçün yaradıcı emosional "batareyalarımı doldurmaq" çox vacibdir. Mən artıq Bakıda "Mən" proqramı ilə çıxış etmişəm, artıq yeni şounun vaxtıdır. Bakıdakı pərəstişkarlarım üçün yenidən oxumaq istəyirəm. Onlar burada çoxdur və mənim üçün çox qiymətlidir".