Ən çox gəlir gətirən filmlərin siyahısı açıqlandı

Ən çox gəlir gətirən filmlərin siyahısı açıqlandı “Qisas alanlar: Final” filmi 2019-cu ilin ən çox gəlir gətirən filmi olub.
Şou-biznes
646
27 Aprel , 2020 12:36

“Qisas alanlar: Final” filmi 2019-cu ilin ən çox gəlir gətirən filmi olub.

“Report” “Deadline”a istinadən xəbər verir ki, film yaradıcılarına 890 milyon ABŞ dolları gətirib.

Ən çox gəlir gətirən filmlərin siyahısında ikinci yeri prokatda 599 milyon ABŞ dolları toplayan “Donmuş ürək – 2” cizgi filmi tutub. Üçüncü sırada 580 milyon ABŞ dolları gəlir gətirən “Kral Şir” animasiya filmi yer alıb.

TOP-5-də həmçinin “Coker” (437 milyon ABŞ dolları) və “Kapitan Marvel” (414 milyon ABŞ dolları) filmləri var.

Son xəbərlər

Orphus sistemi