Donald Tramp "Ən pis aktyor" nominasiyasına layiq görülüb

Donald Tramp "Ən pis aktyor" nominasiyasına layiq görülüb Bakı. 21 yanvar. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp “Razzie” (“Qızıl moruq”) antimükafatının “Ən pis aktyor” nominasiyasının qalibi olub.
Şou-biznes
21 Yanvar , 2019 15:25
Donald Tramp Ən pis aktyor nominasiyasına layiq görülüb

Bakı. 21 yanvar. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp “Razzie” (“Qızıl moruq”) antimükafatının “Ən pis aktyor” nominasiyasının qalibi olub.

“Report” “The Hollywood Reporter”ə istinadən xəbər verir ki, həmin mükafat Dineş de Souzanın “Millətin ölümü” və Maykl Murun “Farenheit 11/9” filmlərində D.Trampın sənədli kadrların çəkilişləri zamanı baş rolda pis oyunu, habelə özünü əbədiləşdirmək cəhdlərinə görə təyin edilib.

Donald Trampla yanaşı, həmin mükafata namizədlər arasında “Sherlock Gnoms” filminə görə Conni Depp, “Holms və Uotson”a görə Uill Ferrel, “Qotti”yə görə Con Travolta, “Ölüm arzulayıram” filminə görə Brüs Uillis də olub.

Həmçinin ABŞ-ın birinci xanımı Melaniya Tramp da “Farenheit 11/9”da çəkildiyinə görə "Ən pis ikinci dərəcəli aktrisa" nominasiyasının qalib olub.

Maraqlıdır ki, D.Tramp sözügedən mükafata 1991-ci ildə çəkildiyi “Qarabasmalar bunu etməz” filminə görə “Ən pis ikinci dərəcəli aktyor” nominasiyasında qalib olmuşdu.

Son xəbərlər

Orphus sistemi