“CinemaPlus" Gəncə sakinləri üçün yeni aksiyalar keçirir

“CinemaPlus" Gəncə sakinləri üçün yeni aksiyalar keçirir “CinemaPlus Xəmsə Park” və “CinemaPlus Gəncə Mall”da hər həftənin çərşənbə axşamı günü “Super Gün”, çərşənbə günü isə “Ailə Günü” aksiyaları keçirilir.
Şou-biznes
12 İyul , 2019 12:50
“CinemaPlus Gəncə sakinləri üçün yeni aksiyalar keçirir

“CinemaPlus Xəmsə Park” və “CinemaPlus Gəncə Mall”da hər həftənin çərşənbə axşamı günü “Super Gün”, çərşənbə günü isə “Ailə Günü” aksiyaları keçirilir. 

“CinemaPlus”dan "Report"a verilən məlumata görə, aksiyalarda biletlərin qiyməti 2 AZN-dən, popkorn isə 1 AZN-dən başlayır.

“Super Gün” aksiyası iyulun 16-dan etibarən aktiv olacaq.

Tarif:

2D, günboyu - 2.5 AZN

3D, günboyu - 3.0 AZN

Bütün gün ərzində yerli və türk filmləri - 3.5 AZN

Platinum zal, günboyu - 5 AZN

“Ailə günü” aksiyası iyulun 17-dən etibarən aktiv olacaq.

Aksiya yalnız uşaqlar, ailələr və animasiya filmlərini izləmək üçün böyüklərin müşayiəti ilə 12 yaşa kimi uşaqlar üçün nəzərdə tutulub.

Tarif:

2D

09:00-17:00 - 2 AZN

17:00-dan sonra- 3 AZN

3D

09:00-17:00 - 3 AZN

17:00-dan sonra- 4 AZN

Yerli və türk filmləri

09:00-17:00 - 3 AZN

17:00-dan sonra - 4 AZN

Platinum zal, günboyu - 5 AZN

Aksiyalar bayram və qeyri-iş günlərində etibarlı deyil.

“Super Gün”, “Ailə Günü” və başqa endirimli aksiyalar zamanı bonus kartları (CineClub və Umico) tətbiq olunmur.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi