CinemaPlus-da “Roma şahzadəsi” cizgi filmi Azərbaycan dilində nümayişə başlayır

CinemaPlus-da “Roma şahzadəsi” cizgi filmi Azərbaycan dilində nümayişə başlayır “CinemaPlus” kinoteatrlar şəbəkəsində sabahdan etibarən İran istehsalı “Roma şahzadəsi” cizgi filminin Azərbaycan dilində nümayişi başlayır.
Şou-biznes
15 Aprel , 2022 17:12
CinemaPlus-da “Roma şahzadəsi” cizgi filmi Azərbaycan dilində nümayişə başlayır

“CinemaPlus” kinoteatrlar şəbəkəsində sabahdan etibarən İran istehsalı “Roma şahzadəsi” cizgi filminin Azərbaycan dilində nümayişi başlayır.

"Report" xəbər verir ki, cizgi filmi ilk dəfə 33-cü Fajr Beynəlxalq Film Festivalında nümayiş etdirilib.

Animasiya həmçinin ərəb dilində dublyaj edilib və İraq, Küveyt, Livan və bəzi digər Yaxın Şərq ölkələrində yayımlanıb. “Roma şahzadəsi” cizgi filmində 40 personaj iştirak edir, onların yaradılmasında 100-ə yaxın mütəxəssis iştirak edib. Ekran işinin rejissoru Hadi Muhəmmədidir.

"Roma Şahzadəsi" xristian şahzadə Məlikanın enişli yoxuşlu həyatını sərgiləyən bir animasiya filmidir. Məlika ata tərəfdən İsa peyğəmbərin caneşini Yuşanın, ana tərəfdən isə Roma imperatorunun nəvəsi hesab olunur. Bir zamanlar dünyanın Qərbində şahzadə olaraq yaşayan Məlikanın Şərq torpaqlarına kölə olaraq gətirilmə hadisəsində olduqca faydalı ibrətlər yatmışdır.

Son xəbərlər

Orphus sistemi