Bakı. 13 avqust. REPORT.AZ/ “CinemaPlus Amburan” kinoteatrında avqustun 10-dan 11-nə keçən gecə üç filmdən ibarət “Kino Gecəsi” baş tutub.
"Report" xəbər verir ki, saat 22:30-dan səhər saat 06:00-dək qonaqlar üçün “Məni atan casus”, “Şər” və “Cinemazadeh” studiyasında peşəkar Azərbaycan dilinə dublyaj olunan “Dağlı ailə” filmlərinin nümayişi keçirilib.
Bütün gecəni səhərədək DJ qonaqları dinamik musiqi ilə əyləndirib. Həmçinin alkoqollu və alkoqolsuz içkilər olub.
Tədbirin təşkilinə “Cinemazadeh” dublyaj studiyası, "Cinema Distribution", "Red Bull", "Ganja Sharab", “Banketnaya” araqları və “Gala” şərabları dəstək olublar.
“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!