Bakı. 17 May. REPORT.AZ/ Avstiyanın Vyana şəhərində bu gün "Eurovision -2015” mahnı müsabiqəsinin rəsmi açılış mərasimi keçiriləcək.
"Report"un məlumatına görə, mərasim 40 iştirakçı dövlətin nümayəndələrinin iştirakı ilə yerli saatla 18.00-da başlayacaq.
“Eurovision 2014” qalibi olan Konçita Vürst “Eurovision 2015” müsabiqəsinin aparıcılarından biri olacaq. Müsabiqənin digər aparıcıları Miriam Veyxsekbraun Alis Tamler və Arabella Kyesbauer olacaqlar.
Qeyd edək ki, Azərbaycanı müsabiqədə "Hour of the wolf" mahnısı ilə Elnur Hüseynov təmsil edəcək.