Bakı. 27 iyul.REPORT.AZ/ Bu gün Bakıda 500 musiqiçinin iştirakı ilə “Jara” beynəlxalq festivalının açılışı olacaq. "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, səhnədə dünyaca məşhur Alla Puqaçova, Sofiya Rotaru, Filip Kirkorov, Nikolay Baskov, Layma Vaykule, EMİN, Qriqori Leps, Oleq Qazmanov və onlarla digər estrada ulduzları çıxış edəcək.
Açılış günündə - iyulun 27-də səhnəyə Vera Brejneva, Qriqori Leps, SEREBRO qrupu, Aleksey Vorobyov, LOBODA, Yolka, MBAND qrupu, Ani Lorak, Valeriya, Anita Tsoy, Jah Xalib, Maks Barskix, Potap və Nastya, MONATİK, “Vremya i Steklo”, EMİN, Yeqor Krid, MOT və başqaları çıxacaqlar.
İyulun 28-də Sofiya Rotarunun 70 illiyi şərəfinə yubiley konserti olacaq. Konsertdə Potap və Nastya, Timur Rodrigez, Artik & Asti, LOBODA, MBAND qrupu, Slava, Ani Lorak, Аlekseyev, Valeriya, Qriqori Leps, “Vremya i Steklo”, EMİN, İrina Dubtsova, Qlyk'oza, Nikolay Baskov və başqaları Sofiya Rotarunun ən yaxşı mahnılarını müasir tərzdə ifa edəcəklər.
İyulun 29-da Alla Puqaçovanın yaradıcılıq gecəsi təşkil ediləcək. Primadonnanın sevimli hitlərini müasir tərzdə və dəbli aranjimanda ən parlaq ulduzlar - Filip Kirkorov, A’Studio, LOBODA, Qriqori Leps, Valeri Meladze, EMİN, Ani Lorak, Dima Bilan, Layma Vaykule, Kristina Orbakayte, Oleq Qazmanov, Diana Arbenina, Aleksandr Panayotov, Slava və başqaları səsləndirəcəklər.
Festivalın bağlanış günü – iyulun 30-da Qriqori Lepsin gecəsi olacaq. Tamaşaçıları maraqlı duetlər, məşhur hitlərin fərqli ifası, parlaq musiqi nömrələri gözləyir. Həmin gün Sergey Lazarev, IOWA, Dima Bilan, Nərgiz, Valeri Meladze, LOBODA, Aleksandr Panayotov, Diana Arbenina, EMİN, Nikolay Baskov, Qlyuk’oza, Soso Pavliaşvili, Stas Pyexa, Lolita, Maksim Fadeyev, Aleksandr Marşal və başqaları çıxış edəcəklər.
“Jara”nın təşkilatçıları Emin Ağalarov, Qriqori Leps, Sergey Kojevnikov, aparıcıları isə Andrey Malaxov, Yana Çurikova və Maksim Qalkindir.