“Avroviziya-2022” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib

“Avroviziya-2022” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib “Avroviziya-2022” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.
Şou-biznes
11 May , 2022 01:30
“Avroviziya-2022” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib

İtaliyanın Turin şəhərində “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib. 

"Report"un məlumatına görə, birinci yarımfinalda 17 ölkənin təmsilçisi çıxış edib: Albaniya, Latviya, Litva, İsveçrə, Sloveniya, Ukrayna, Bolqarıstan, Niderland, Moldova, Portuqaliya, Xorvatiya, Danimarka, Avstriya, İslandiya, Yunanıstan, Norveç və Ermənistan.

Çıxışların başa çatmasından sonra keçirilən səsvermədə daha çox  səs toplamış 10 ölkə - İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland final mərhələsinə yüksəlib. Qeyd edək ki, final mərhələsi mayın 14-də baş tutacaq.

Azərbaycan təmsilçisi Nadir Rüstəmli mayın 12-də keçiriləcək ikinci yarımfinalda “Fade to back” mahnısı ilə çıxış edəcək.

23:18

İtaliyanın Turin şəhərində “Avroviziya-2022” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.

"Report" xəbər verir ki,  birinci yarımfinalda 17 ölkənin təmsilçisi çıxış edir: Albaniya, Latviya, Litva, İsveçrə, Sloveniya, Ukrayna, Bolqarıstan, Niderland, Moldova, Portuqaliya, Xorvatiya, Danimarka, Avstriya, İslandiya, Yunanıstan, Norveç və Ermənistan.

Mayın 12-də keçiriləcək mahnı müsabiqəsində təmsilçimiz Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə ikinci yarımfinalda çıxış edəcək.

Şüarı "The Sound of Beauty"dir ("Gözəlliyin Səsi") olan müsabiqənin Azərbaycan üzrə şərhçisi isə tanınmış müğənni, bəstəkar Murad Arif olacaq.

Müsabiqə İctimai Televiziyanın efirində canlı yayımlanır.

Qeyd edək ki, ötən gün İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adını açıqlayıb. Məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri İctimai TV-nin tanınmış aparıcısı Nərmin Salmanova elan edəcək.

Aparıcı yarışmanın qaydalarına əsasən, mayın 14-də final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İctimai Televiziyanın canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq.

Son xəbərlər

Orphus sistemi