Amerikalı kinorejissor Ceyms Kemeronun “Avatar: Suyun yolu” filmi beynəlxalq kassada onun “Titanik”ini üstələyərək tarixin ən çox gəlir gətirən üçüncü filmi olub.
“Report” “The Variety” nəşrinə istinadən xəbər verir ki, əsər xarici bazarlarda 1,538 milyard dollar toplayıb.
Bununla belə, filmin birinci hissəsi 2,1 milyard dollarla xaricdə ən çox gəlir əldə edən film olaraq qalır, “Qisasçılar: Final” isə 1,9 milyard dollarla ikinci yerdədir.
Qeyd olunub ki, beynəlxalq kassada Çin (240,6 milyon dollar), Fransa (141,5 milyon dollar), Almaniya (130,7 milyon dollar) və Cənubi Koreya (105,5 milyon dollar) liderlik edirlər. “Avatar”ın birinci hissəsinin Rusiyada 116 milyon dollar qazanmasına baxmayaraq, “Avatar: Suyun yolu” Rusiyada rəsmi olaraq nümayiş etdirilmir.