​Amerikalı repçi "50 Cent" müflis olduğunu elan edib

​Amerikalı repçi "50 Cent" müflis olduğunu elan edib Onun aktiv və borcları 10-50 milyon dollar miqdarında qiymətləndirilir
Şou-biznes
14 İyul , 2015 09:13
​Amerikalı repçi 50 Cent müflis olduğunu elan edib

Bakı. 14 İyul. REPORT.AZ/ Daha çox "50 Cent" təxəllüsü ilə tanınan məşhur amerikalı repçi və prodüser Kartis Cekson bazar ertəsi ABŞ-ın Müflislik Məcəlləsinin 11-ci fəslinə əsasən kreditorlardan qorunması barədə məhkəməyə ərizə verib.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

Məhkəmə sənədlərinə əsasən, musiqiçinin həm aktivləri, həm də borcları 10-50 milyon dollar miqdarında qiymətləndirilir.

Bununla yanaşı, ötən cümə AP agentliyi xəbər verib ki, Manhettan məhkəməsinin qərarına görə, Cekson, reperi onun həyatına müdaxilə etməkdə ittiham edən qadının iddiası üzrə 5 milyon dollar ödəməlidir. O, 2009-cu ildə qadının şəxsi videosunu köhnə rəqibi, repçi Rik Rossa qarşı hazırlanmış çarxda istifadə edib.

Son xəbərlər

Orphus sistemi