Amerikalı müğənni vəfat edib

Amerikalı müğənni vəfat edib Amerikalı müğənni, “Grammy” mükafatçısı Nensi Qrift dünyasını dəyişib.
Şou-biznes
14 Avqust , 2021 11:16
Amerikalı müğənni vəfat edib

Amerikalı müğənni, “Grammy” mükafatçısı Nensi Qrift dünyasını dəyişib.

“Report”un “Haber Global”a istinadən məlumatına görə, o, Neşvil şəhərindəki evində 68 yaşında vəfat edib.

Müğənninin ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, N.Qrift 1990-cı illərdə iki dəfə xərçəngə qalib gəlib. 4 dəfə "Grammy"ə namizəd olan müğənni "Other Voices/Other Rooms" albomu ilə 1993-cü ildə bu mükafatın sahibi olub. O, həmçinin 1994-cü ildə “Ən yaxşı beynəlxalq ifaçı” nominasiyasında “Brit Awards” mükafatını alıb.

Son xəbərlər

Orphus sistemi