Amerikalı aktyor Con Rembonun həyatı haqqında filmin çəkilişlərinə başlayıb

Amerikalı aktyor Con Rembonun həyatı haqqında filmin çəkilişlərinə başlayıb Bakı. 4 oktyabr. REPORT.AZ/ Amerikalı məşhur aktyor və rejissor Silvestr Stallone Vyetnam müharibəsi veteranı Con Rembonun həyatı haqqında filmin çəkilişlərinə başlayıb.
Şou-biznes
4 Oktyabr , 2018 15:17
Amerikalı aktyor Con Rembonun həyatı haqqında filmin çəkilişlərinə başlayıb
0 : 00
0 : 00

Bakı. 4 oktyabr. REPORT.AZ/ Amerikalı məşhur aktyor və rejissor Silvestr Stallone Vyetnam müharibəsi veteranı Con Rembonun həyatı haqqında filmin çəkilişlərinə başlayıb. 

"Report" xəbər verir ki, bu barədə onun özü "İnstagram" səhifəsində paylaşdığı foto ilə məlumat verib.

S.Stallone at üstündə kovboy forması, şalvarı, şlyapa və əlcəkdə olduğu şəkildə “Bu gecə çəkimlərə başlayırıq” deyə qeyd edib. 

72 yaşlı aktyor çəkimlər üçün artıq məşqlərə başladığını, xüsusilə də qarın hərəkətləri məşqlərini daha çox etdiyini deyib: “Buna nifrət etsək də, güclü və möhkəm gücə malik olmaq qarın əzələləri ilə başlayır ... Mədədə yalnız atəş var”.

Qeyd edək ki, Rembo barədə ilk film - "Birinci qan" 1982-ci ildə çəkilib. Filmin rejissoru Ted Kotçeff olub. Ekran əsərinin büdcəsi 15 milyon dollar olub. "Rembo" dünyanın film kirayəsində 125 milyon dollardan çox gəlir qazanıb. Bu filmə əvvəlcə Klint İstvud, Con Travolta və digər məşhur aktyorlar dəvət edilsələr də, "Rembo"nu canlandırmaq S.Stalloneyə nəsib olub. Film populyar olduğundan onun 2-ci, 3-cü və 4-cü seriyaları da ekranlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi