Adel Böyük Britaniyanın ən zəngin müğənnisidir

Adel Böyük Britaniyanın ən zəngin müğənnisidir Son bir il ərzində onun var-dövləti 35 milyon funt sterlinq artıb
Şou-biznes
3206
21 Aprel , 2016 12:22
Adel Böyük Britaniyanın ən zəngin müğənnisidir

Bakı. 21 aprel. REPORT.AZ/ Böyük Britaniyalı müğənni Adelin var-dövləti 85 milyon funt sterlinq məbləğində dəyərləndirilir. "Report" BBC-yə istinadən xəbər verir ki, "Sunday Times"ın tərtib etdiyi ölkənin ən zəngin insanlarının reytinqinə görə, o, Britaniyada ən varlı qadın musiqiçi adına sahib çıxıb.

Milyonçu-müğənnilərin siyahısında Adel 50 nəfər arasında 30-cu sırada qərarlaşıb. Son bir il ərzində onun var-dövləti 35 milyon funt sterlinq artıb.

Adel həm də ən zəngin gənc musiqiçilərin (30 yaşa qədər) siyahısına başçılıq edir.

Müğənninin hazırda 27 yaşı var. O, artıq yüzdən çox müxtəlif mükafatlar qazanıb, o cümlədən Britaniya imperiyasının ordeni ilə təltif edilib. Eyni zamanda xanım müğənni adını Ginnesin Rekordlar Kitabına yazdırıb.

Son xəbərlər

Orphus sistemi