Zəngilan sakini: “Həyatımızın ən qürurlu anlarını yaşayırıq”

Zəngilan sakini: “Həyatımızın ən qürurlu anlarını yaşayırıq” “Həyatımızın ən qürurlu anlarını yaşayırıq”.
Sosial müdafiə
28 Oktyabr , 2023 07:39
Zəngilan sakini: “Həyatımızın ən qürurlu anlarını yaşayırıq”

“Həyatımızın ən qürurlu anlarını yaşayırıq”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə Zəngilan rayonu, Ağalı kənd sakini, keçmiş məcburi köçkün Şamil Quliyev deyib.

“Çox sevindirici, qürurlu haldır ki, 30 ildən sonra öz torpaqlarımıza qayıtdıq. Allah cənab Prezidentimizin canını sağ eləsin! Biz Ali Baş Komandanımızın və rəşadətli Ordumuzun sayəsində bu torpaqlara geri qayıtdıq. Bu sevinc hissini dillə ifadə etmək mümkün deyil”.

Həyatımızın ən sevincli günləridir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Bu gündən ömrümüzün sonunadək o torpaqlarda yaşayacağıq. Yurdu daha da abadlaşdıracağıq”, - o deyib.

“İxtisasca müəlliməm. Zəngilanda ixtisasım üzrə işləmək istəyirəm. Şagirdlərimizə dərs öyrətmək, Vətəni onlara daha da sevdirmək lazımdır”, Ş.Quliyev sonda əlavə edib.

Qeyd edək ki, bu gün Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb. İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə - 127 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.

Son xəbərlər

Orphus sistemi