Bakı. 15 may. REPORT.AZ/ Bu gün baş prokuror Zakir Qaralov Baş Prokurorluğun inzibati binasında Quba rayon prokurorluğu ilə canlı bağlantı vasitəsilə Quba, Qusar və Xaçmaz rayon sakinlərinin müvafiq tabe rayon prokurorlarının iştirakı ilə qəbulunu keçirib. Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Baş Prokurorluğun məsul əməkdaşlarının iştirakı ilə keçirilən qəbulda 20-yə yaxın vətəndaşın şikayəti dinlənilib. Müraciətlərdə qaldırılan məsələlər nəzarətə götürülməklə, həmin şikayətlər üzrə qəbul olunmuş qərarların qanuniliyinin yoxlanılması, bu məqsədlə yoxlama materialları və cinayət işlərinin