​Yüksək vəzifəli dövlət qulluqçuları üçün Strateji Liderlik Proqramının dördüncü təlim sessiyası başlayıb

​Yüksək vəzifəli dövlət qulluqçuları üçün Strateji Liderlik Proqramının dördüncü təlim sessiyası başlayıb Təlim sessiyası üç gün davam edəcək
Sosial müdafiə
9 Fevral , 2016 10:17
​Yüksək vəzifəli dövlət qulluqçuları üçün Strateji Liderlik Proqramının dördüncü təlim sessiyası başlayıb

Bakı. 9 fevral. REPORT.AZ/ “Yüksək vəzifəli dövlət qulluqçuları üçün Strateji Liderlik Proqramı” üzrə dördüncü təlim sessiyası başlayıb. Bu barədə "Report"a Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan məlumat verilib.

Məlumata görə, üç gün davam edəcək təlim sessiyası Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə həyata keçirdiyi “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək Layihəsi” çərçivəsində təşkil edilib. Layihəni Avropa İttifaqı və Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi birgə maliyyələşdirir.

Dördüncü təlim sessiyasında “Münaqişələrin idarə olunması, danışıqların aparılması, vasitəçilik bacarıqları və vətəndaşlarla ünsiyyət mövzusu” üzrə məruzə və təqdimatlar dinləniləcək.

Proqramda Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Vergilər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin və Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri iştirak edir.

Yüksək vəzifəli dövlət qulluqçularının liderlik bacarıqlarının artırılması məqsədini daşıyan Strateji Liderlik Proqramını pilot layihəsi Litva Dövlət İdarəçilik İnstitutu (LIVADIS) hazırlayıb. Proqram çərçivəsində təşkil edilən təlimləri peşəkar beynəlxalq və yerli ekspertlər keçirib. Proqram ümumilikdə 11 təlim günündən ibarət olub.

Birinci Strateji Liderlik Proqramının icrası 2016-cı ilin fevral ayının 11-də başa çatacaq. İştirakçılara təlim kursunu keçmələri ilə bağlı sertifikatlar təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi