“Yeniyetmələri və gəncləri aqressiyadan xilas etmək lazımdır, əks halda nəticələri çox ağır olacaq” - RƏY

“Yeniyetmələri və gəncləri aqressiyadan xilas etmək lazımdır, əks halda nəticələri çox ağır olacaq” - RƏY “Yeniyetmələri, gəncləri aqressiya və özünənəzarəti itirən keyfiyyətlərdən xilas etmək lazımdır. Bu istiqamətdə sosioloji və psixoloji araşdırmaların aparılmasına ehtiyac var”.
Sosial müdafiə
29 Noyabr , 2022 15:58
“Yeniyetmələri və gəncləri aqressiyadan xilas etmək lazımdır, əks halda nəticələri çox ağır olacaq” - RƏY

“Yeniyetmələri, gəncləri aqressiya və özünənəzarəti itirən keyfiyyətlərdən xilas etmək lazımdır. Bu istiqamətdə sosioloji və psixoloji araşdırmaların aparılmasına ehtiyac var”.

Bunu “Report”a açıqlamasında Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva deyib.

O qeyd edib ki, Bakının Şağan qəsəbəsindəki idman arenasında 20 yaşlı Ruslan Səfixanov tərəfindən törədilən bu qətl hadisəsi əslində, cəmiyyət üçün növbəti ciddi siqnaldır.

A.Musayeva söyləyib ki, gənclərin aqressiv davranışları, üzərlərində bıçaq gəzdirmələri, hər xırda mübahisə zamanı güc tətbiq etmələri əlbəttə ki, dəhşət saçır və böyük təhlükələrdən xəbər verir.

“Cinayət hadisələri insanın psixoloji durumunun məhsulu, aqressiya isə davranış pozuntusudur. Demək ki, hər şey həm də tərbiyədən asılıdır. Yəni, heç kəs anadan aqressiv doğulmur. Ona görə də ailələr diqqətli olmalıdır. Ailədə tərəflərin münasibəti və övlada hələ kiçik yaşlarından göstərilən diqqət əsas şərtdir. Əks halda, bu, onlarda getdikcə özünə güvənsizlik yaradır, gələcəkdə isə təbii ki, cəmiyyətə belə aqressiya paylayırlar. Əgər bu halların qarşısı alınmasa idman sahəsində qazanacağı karyerasına 16 yaşında son qoyulan cüdoçu Turan Rüstəmov sonuncu qurban olmayacaq”, - mərkəz rəhbəri vurğulayıb.

Qeyd edək ki, noyabrın 26-da Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 2006-ci il təvəllüdlü Tural Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırmalarla 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək T.Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə R.Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Hadisə “Arifoğlu” cüdo klubunun Şağan Olimpiya İdman Kompleksində təşkil etdiyi cüdo turnirində baş verib.

Son xəbərlər

Orphus sistemi