Vətən müharibəsinin ildönümünə həsr edilmiş “Xarıbülbül” satış-sərgisinə başlanıb

Vətən müharibəsinin ildönümünə həsr edilmiş “Xarıbülbül” satış-sərgisinə başlanıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabelyindəki DOST Agentliyinin 4 saylı DOST Mərkəzində əlilliyi olan şəxslərin əl işlərinin təqdim edildiyi, Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Xarıbülbül” s
Sosial müdafiə
27 Sentyabr , 2021 23:45
Vətən müharibəsinin ildönümünə həsr edilmiş “Xarıbülbül” satış-sərgisinə başlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST Agentliyinin 4 saylı DOST Mərkəzində əlilliyi olan şəxslərin əl işlərinin təqdim edildiyi, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Xarıbülbül” satış-sərgisinə başlanıb.

ƏƏSMN-dən “Report”a verilən məlumata görə, sərginin açılışında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ötən il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq əks-hücüm əməliyyatı həyata keçirib.

Nazir müavini bu gün təşkil olunan “Xarıbülbül” sərgisinin də möhtəşəm Qələbəmizlə yekunlaşan 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunduğunu deyib. 44 gün davam edəcək sərgidə məqsəd əlilliyi olan şəxslərin, o cümlədən İnklüziv İncəsənət məktəbi tələbələrinin əsasən Vətənə, işğaldan azad edilmiş torpaqlarımıza, Zəfərimizə həsr olunmuş, ümumən vətənpərvərlik mövzusunda əl işlərinin nümayiş olunmasıdır. Bu sərgi, eyni zamanda, əlilliyi olan şəxslərin yaradıcılıq istedad və qabiliyyətlərinin cəmiyyətə tanıdılması məqsədi daşıyır.

Qeyd edək ki, sərgidə 20-dək şəxsin 100-dən çox əl işi təqdim edilir. Əl işlərinin satışından əldə olunan vəsait da həmin əsərlərin müəlliflərinə təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi