Vətən müharibəsi zamanı ermənilərin Tərtərdə dağıtdığı evlər bərpa edilir

Vətən müharibəsi zamanı ermənilərin Tərtərdə dağıtdığı evlər bərpa edilir Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin bölmələri döyüş meydanından qaçaraq təmas təmas xəttinə yaxın yerləşən kəndlərdəki mülki əhalini hədəf aldı.
Sosial müdafiə
4 Noyabr , 2021 13:46
Vətən müharibəsi zamanı ermənilərin Tərtərdə dağıtdığı evlər bərpa edilir

Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin bölmələri döyüş meydanından qaçaraq təmas təmas xəttinə yaxın yerləşən kəndlərdəki mülki əhalini hədəf aldı.

"Report"un Qarabağ bürosu xəbər verir ki, erməni silahlı terrorçularının təcavüzü nəticəsində ən çox ziyan görmüş rayonlardan biri də Tərtərdir. Burada ümumilikdə 6000-ə yaxın tikiliyə zərər dəyib. Bunlardan 57 yaşayış evi və 5 qeyri-yaşayış obyekti tamamilə dağıdılıb, digərlərinə qismən ziyan dəyib.

Hazırda Tərtərdə vətəndaşların dağıdılan evlərinin bəzilərində işlər tam başa çatsada son tamamlama işlərinin aparıldığı evlər də var.

Bu barədə "Report"un yerli bürosuna Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Bildirilib ki, rayonun Yenikənd kənd sakini Taleh Həşimovun yaşadığı ev Vətən müharibəsi zamanı artileriya mərmisinin tuş gəldiyi evlərdən biridir. Hazırda həmin evin təmir və bərpası üzrə son tamamlama prosesi aparılır.

T.Həşimov bildirib ki, ağır artilleriya qurğularından atılan mərmilərdən biri onun evinə düşüb. O əlavə edib ki, hadisə zamanı ailə üzvləri qonşu kənddə olduqları üçün xəsarət alan olmayıb, lakin ev tamamilə dağılaraq yararsız hala düşüb.

T.Həşimov evinin yenidən yüksək keyfiyyətlə bərpa edildiyi üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib: "Müharibənin odlu -alovlu vaxtları olsa da evimizdən çıxmırdıq. Çünki müzəffər Ali Baş Komandan İlham Əliyevə və Ordumuza güvənir, etibar edirdik. Kim bilərdi ki, döyüş meydanından qaçan erməni terrorçuları Azərbaycanın Ordusunun igidlərinə güc gələ bilmədiyini anlayıb işğalda saxladıqları əraziləri itirmələrinin qisasını mülki əhalidən almaq istəyəcəklər?! Hadisə baş verən gün qonşu kənddə yaşayan qohumumuzun evinə getmişdik. Ona görə də evimiz tamamilə dağılsa da xöşbəxtlikdən xəsarət alan olan olmadı. İndi evimizi yenidən bərpa edirlər. Hələ Vətən müharibəsinin gedişində Dövlət başçısı ziyan dəymiş evlərin bərpa olunması üçün komissiya yaratdı və həmin komissiyanın üzvləri bütün evlərə baxış keçirərək qeydiyyata aldılar. Hazırda evdə son tamamlama işləri gedir. Çox gözəl, hətta əvəlki evimizdən də keyfiyyətli ev tikirlər. Çox sağ olsunlar. Bu işdə əməyi olan hər kəsə ailəmiz adından sonsuz təşəkkür edirik".

Vətən müharibəsi zamanı erməni silahlı terrorçularının cəbhəboyu kəndlərdəki mülki əhaliyə ağır artilleriya qurğularından və raket komplekslərindən açdığı atəşlər nəticəsində Tərtərin Yenikənd kənd sakini Rafiq Əliyevə məxsus fərdi yaşayış evi tamamilə dağılaraq yarasız hala düşüb.

R.Əliyev bildirib ki, Vətən müharibəsi zamanı yaşadığı evə dörd artilleriya mərmisi düşüb: "Mərmilərin partlaması ilə 5 otaqlı, 160 kvadratmetr olan evimiz tamamilə dağdıldı".

Hazırda isə vətəndaşın evi müasir tələblər səviyyəsində inşa edilərək onun ailəsinə verilib.

Son xəbərlər

Orphus sistemi