Azərbaycanda uşaq idman federasiyaları yaradılacaq

Azərbaycanda uşaq idman federasiyaları yaradılacaq “Bədən tərbiyəsi və idman haqqında” qanuna yeni maddənin əlavə hazırlanır
Sosial müdafiə
28 Yanvar , 2015 13:22
Azərbaycanda uşaq idman federasiyaları yaradılacaq

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycanda uşaq idman federasiyaları yaradılacaq. 

"Report" xəbər verir ki, Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli bildirib ki, uşaqlar üçün ayrıca idman federasiyaalrının yaradılması dövlətin prirotetlərində idmana olan qayğının tərkib hissəsidir və bu çox vacibdir.

Bununla bağlı “Bədən tərbiyəsi və idman haqqında” qanuna yeni maddə əlavə olunacaq.

H.Rəcəbli vurğulayıb ki, yeni layihə aprel ayında parlamentdə müzakirəyə çıxarılacaq. Layihənin I Avropa Oyunlarına qədər qəbul olunması gözlənilir.

Son xəbərlər

Orphus sistemi