UNICEF: Azərbaycanda uşaqlar üçün həyat şəraiti ildən-ilə yaxşılaşır

UNICEF: Azərbaycanda uşaqlar üçün həyat şəraiti ildən-ilə yaxşılaşır “UNICEF Azərbaycanın uşaqlarına, gənclərinə və onların mümkün ola bilən ən yaxşı gələcəyinə həmişə olduğundan daha ciddi şəkildə diqqət edir"
Sosial müdafiə
14 Dekabr , 2016 11:58
UNICEF: Azərbaycanda uşaqlar üçün həyat şəraiti ildən-ilə yaxşılaşır

Bakı. 14 dekabr. REPORT.AZ/ "İşə başlamağımızdan 70 il keçdikdən sonra bizim qeyd etməyə çoxlu səbəblərimiz olduğu kimi, uşaqlar üçün görüləcək işlərimiz də hələ çoxdur".

UNİCEF-in Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, bunu UNICEF-in təsis edilməsinin 70-ci ildönümü ilə bağlı təşkilatın Azərbaycandakı nümayəndəsi Edvard Karvardin deyib.

O qeyd edib ki, Azərbaycanda uşaqlar üçün həyat şəraiti ildən-ilə yaxşılaşır: "Biz istəyirik ki, bu inkişaf bütün ölkə boyu və hər bir şəraitdə hər bir uşağı əhatə etsin. Öz keçmişimizi qeyd etdiyimiz kimi, bu da bizim gələcək üçün konsepsiyamızdır".

E.Karvardin xatırladıb ki, UNICEF Azərbaycanda 1993-cü ildə işə başlayıb və təşkilatın buradakı ilk proqramları təkcə milli inkişaf prioritetlərinə yönəlməsinə deyil, eləcə də təxirəsalınmaz humanitar ehtiyacları qarşılamaq üçün də hazırlanıb: "UNICEF-in ölkə üzrə ilk proqramları əsas diqqəti peyvəndləmə, səhiyyə, reabilitasiya, qida, təhsil və uşaqların müdafiəsi kimi təxirəsalınmaz ehtiyaclara yönəlib.

Bu gün UNICEF Azərbaycanın uşaqlarına, gənclərinə və onların mümkün ola bilən ən yaxşı gələcəyinə həmişə olduğundan daha ciddi şəkildə diqqət göstərir. Biz bütün uşaqların eyni imkanlara, həyat şərtlərinə və öz hüquqlarına, eyni qayğıya malik olacaqları gələcəyə nail olmağa can atırıq. Mən inanıram ki, hər bir uşaq üçün sərmayəni təşviq etmək məqsədilə hökumətdəki, parlamentdəki, vətəndaş cəmiyyətindəki və beynəlxalq ictimaiyyətdəki tərəfdaşlarımızla birlikdə işləməklə biz öz konsepsiyamızın Azərbaycanın hər yerində bütün ailələr və icmalar üçün reallığa çevriləcəyinin şahidi olacağıq”.

Son xəbərlər

Orphus sistemi