Tərkibində qiymətli metallar və daşlar olan sənaye tullantılarının emalı və satışı üçün lisenziya tələb olunmayacaq

Tərkibində qiymətli metallar və daşlar olan sənaye tullantılarının emalı və satışı üçün lisenziya tələb olunmayacaq İndiyədək bunun həyata keçirilməsi üçün 2 200 manat dövlət rüsumu tələb edilirdi
Sosial müdafiə
22 Dekabr , 2015 16:01
Tərkibində qiymətli metallar və daşlar olan sənaye tullantılarının emalı və satışı üçün lisenziya tələb olunmayacaq

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanda əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı üçün lisenziya tələb olunmayacaq.

"Report"un məlumatına görə, Prezident İlham Əliyev dekabrın 21-də imzaladığı "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" fərmanda həmin sahənin adı yer almayıb.

İndiyədək bu fəaliyyətin həyata keçirilməsi üçün 2 200 manat dövlət rüsumu tələb olunurdu.

Son xəbərlər

Orphus sistemi