Yuxarı

Tənha insanlara xidmət göstərənlərin hərəkəti sərbəstdir - RƏSMİ

Tənha insanlara xidmət göstərən şəxslərin hərəkəti sərbəstdir - RƏSMİ

1373

Himayəsində olan şəxslərə xidmət göstərən vətəndaşların xüsusi karantin rejimi dövründə evdən icazəsiz çıxması sərbəstdir.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov “Real” TV-nin efirində deyib.

“Tənha insanlar var ki, fiziki imkanlarına görə evdən çıxa bilmirlər, hətta onların evdən çıxmaları da qadağandır. Amma onlara xidmət göstərən adamlar var. Yəni indiyə qədər xidmət göstəriblər. Bəziləri 3-5 il xidmət ediblər deyə, onların xasiyyətini bilirlər və bir-birlərinə öyrəşiblər. Bu da çox mühüm bir amildir. 

Ona görə də həmin şəxslər sosial xidmətçi kimi qeydiyyatda olmasalar belə himayəsində olan şəxslərə xidmət göstərmək azadlığı və sərbəstliyi var. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarında da qeyd olunub ki, əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidmətinə icazə verilir. Ona görə də bu xidmətçilər himayəsində olan şəxslərin evinə gedib onlara xidmət göstərə bilərlər. Sadəcə “icaze.e-gov.az” portalına daxil olub, qeydiyyatdan keçmələri kifayətdir”, - deyə İ.Məmmədov vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi