Yuxarı

Azərbaycanda son üç ayda 700-ə yaxın əkiz uşaq doğulub

Doğulan körpələrin 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır

Bakı. 17 may. REPORT.AZ/ Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-mart ayları ərzində ölkədə 39 min doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1 000 nəfərinə 16,3 təşkil edib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Doğulan körpələrin 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrin 696-sı əkiz, 12-si isə üçəm doğulub.

Bu ilin birinci rübü ərzində ölkədə 14,5 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 6,1 olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi