Səyyar "ASAN xidmət" Qazax rayonunda vətəndaşlara xidmət göstərəcək

Səyyar "ASAN xidmət" Qazax rayonunda vətəndaşlara xidmət göstərəcək Qazax, Tovuz, Ağstafa rayonlarının 350 000-ə yaxın sakini on beş gün ərzində Səyyar "ASAN xidmətdən" yararlana bilərlər
Sosial müdafiə
30 İyun , 2015 11:44
Səyyar ASAN xidmət Qazax rayonunda vətəndaşlara xidmət göstərəcək

Bakı. 30 iyun. REPORT.AZ/ Səyyar "ASAN xidmət" iyulun 1-dən 15-dək Qazax rayonunda vətəndaşlara xidmət göstərəcək. Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Qazax, Tovuz, Ağstafa rayonlarının 350 000-ə yaxın sakini on beş gün ərzində Səyyar "ASAN xidmətdən" yararlana bilərlər. 

Xatırladaq ki, səyyar şəkildə göstərilən xidmətləri Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Qeyd edək ki, bu ilin sonuna kimi Səyyar "ASAN xidmət" bir neçə istiqamət üzrə regionlarda əhaliyə xidmətlər göstərməyə davam edəcək.

Son xəbərlər

Orphus sistemi