Yuxarı

Səlim Müslümov: “Tikinti sektorunda əməyin mühafizəsi qaydalarına riayət olunmasında problemlər mövcuddur”

“Cari ilin ilk üç ayında istehsalatla əlaqəli 33 bədbəxt hadisə qeydə alınıb”

Bakı. 28 aprel. REPORT.AZ/ “Keçən il baş verən istehsalat qəzaları nəticəsində zərərçəkənlərin 26 faizinin, həyatını dəyişənlərin isə 31,1 fazinin tikinti sektoruna aid olması faktı burada hələ də əməyin mühafizəsi normalarına və qaydalarına riayət olunmasında problemlərin mövcudluğunu göstərir”. “Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Əməyin mühafizəsində önləyici tədbirlərin mədəniyyətini birgə yüksəldək” mövzusunda keçirilən tədbirdə deyib.

Nazirin sözlərinə görə, tikinti müəssisələrində aparılan araşdırmalar nəticəsində aşkar olunub ki, bir çox hallarda həmin yerlərdə sağlam və təhlükəsiz əmək şəraiti yaradılmır, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına tam əməl edilmir.

O deyib ki, cari ilin ilk üç ayında istehsalatla əlaqəli 33 bədbəxt hadisə qeydə alınıb: “Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz azdır. Həmin hadisələr nəticəsində həlak olanların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz azalaraq 8 nəfərə, xəsarət alanların sayı isə 49 faiz azalaraq 25 nəfərə enib. Ötən ilin ilk rübündə istehsalatla əlaqəli qrup halında 10 bədbəxt hadisə baş verdiyi halda, cari ilin ilk üç ayında belə hadisə qeydə alınmayıb”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi