“Reabilitasiya” altsisteminin tətbiqi istiqamətində işlərə başlanıb

“Reabilitasiya” altsisteminin tətbiqi istiqamətində işlərə başlanıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Reabilitasiya” altsisteminin yaradılması işləri başa çatıb. Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən alt
Sosial müdafiə
7 Fevral , 2021 11:13
“Reabilitasiya” altsisteminin tətbiqi istiqamətində işlərə başlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mərkəzləşdirilmiş elektron informasiya sistemində “Reabilitasiya” altsisteminin yaradılması işləri başa çatıb.

ƏƏSMN-dən "Report"a verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən altsistemin tətbiq olunması istiqamətində işlərə başlanıb.

Altsistem reabilitasiya mərkəzlərində xidmət keyfiyyətinin yüksəldilməsinə, reabilitasiya xidmətləri sahəsində şəffaflığın və hesabatlılığın artırılmasına, nəzarət və monitorinq sisteminin gücləndirilməsinə xidmət edəcək. E-sistem reabilitasiya mərkəzləri ilə tibbi-sosial ekspert komissiyaları arasında e-formada məlumat mübadiləsinə imkan verir. Həmin mərkəzlərə qəbul prosesinin altsistemə daxil edilmiş göndərişlər əsasında, şəffaf, obyektiv aparılmasına şərait yaradır.

Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı aparılmış reabilitasiya işləri və nəticələri barədə məlumatlar da həmin e-sistemdə toplanacaq. Bu da fərdi reabilitasiya proqramının tərtib olunması və icrası üçün vacib məlumat bazası rolunu oynayacaq.

Son xəbərlər

Orphus sistemi