Yuxarı

Ramil Usubov Gəncədə vətəndaş qəbulu keçirəcək

Qəbulda Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən sakinləri iştirak edə biləcəklər

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gəncə şəhərində vətəndaş qəbulu keçirəcək. 

Nazirlikdən "Report"a verilən məlumata görə, görüş oktyabrın 29-da saat 10:00-da Gəncə Şəhər Baş Polis İdarəsində baş tutacaq. 

Qəbulda Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinləri iştirak edəcəklər.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi