Qazax rayon Polis Şöbəsində polis veteranları ilə görüş keçirilib

Qazax rayon Polis Şöbəsində polis veteranları ilə görüş keçirilib Qazax. 6 oktyabr. REPORT.AZ/ Qazax rayon Polis Şöbəsində polis veteranları ilə görüş keçirilib.
Sosial müdafiə
6 Oktyabr , 2018 14:23
Qazax rayon Polis Şöbəsində polis veteranları ilə görüş keçirilib

Qazax. 6 oktyabr. REPORT.AZ/ Qazax rayon Polis Şöbəsində polis veteranları ilə görüş keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb bürosuna verilən məlumata görə, tədbiri giriş sözü ilə Qazax rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev açıb.

O qeyd edib ki, bu gün cəmiyyətdə polis veteranlarına, onların təcrübələrinə böyük ehtiyac var. Polis rəisi bildirib ki, bir sıra xarici qüvvələrin pozuculuq fəaliyyəti ilə mübarizədə, xüsusilə müxtəlif dini cərəyanların yeniyetmə və gənclər arasında təbliğinin qarşısının alınmasında, narkomaniyaya qarşı mübarizədə onların yardımı əvəzolunmazdır.

Görüşdə çıxış edən rayonun Polis Veteranları Şurasının sədri Ramiz Xəlilov, hər zaman olduğu kimi, bu gün də Azərbaycanda cinayətkarlığa qarşı barışmaz və kəskin mübarizə aparıldığını deyib. O vurğulayıb ki, son dövrlər ölkədə daxili işlər orqanları tərəfindən həyata keçirilən operativ əməliyyat və profilaktik tədbirlər nəticəsində cinayətlərin açılma faizi çoxalıb, kriminogen vəziyyət xeyli sabitləşib: "Sevindirici haldır ki, hazırda polis işçiləri müasir tələblərə uyğun inzibati binalar, maşınlar və digər lazımi avadanlıqlarla təchiz olunub".

Gənc polis əməkdaşları adından çıxış edən Qazax RPŞ-nin kadrlar qrupunun baş inspektoru Vüsal Hüseynov bildirib ki, veteran polislərlə mütəmadi görüş gənc polislərə stimul verməklə yanaşı onların bilik və bacarıqlarına da müsbət təsir edir. Belə ki, nəzəri biliklərlə yanaşı praktiki təcrübə tələb edən polis peşəsində veteranların təcrübəsi hər zaman köməyə çatır.

Tədbirdə həmçinin ölkədə polis veteranlarının təcrübəsindən, bilik və bacarıqlarından daha geniş və səmərəli istifadə edildiyi, onların ictimai təhlükəsizliyin təminində, cinayətlərin profilaktikası və açılmasında, təqsirləndirilən şəxslərin axtarışı tədbirlərinin planlaşdırılmasında, şəxsi heyətin təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında, əhali arasında hüquqi biliklərin təbliğində fəaliyyətlərin gücləndirildiyi də bildirilib.

Son xəbərlər

Orphus sistemi