Mart ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl verilməsinə başlanılıb

Mart ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl verilməsinə başlanılıb Prosses mart ayının birinci yarısına qədər bütün ölkə üzrə tam yekunlaşacaq
Sosial müdafiə
5 Mart , 2015 12:02
Mart ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl verilməsinə başlanılıb

Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) qarşıdan gələn Novruz bayramı ilə əlaqədar bu ilin mart ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsinə başlayıb. Bu barədə "Report"a DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Fondun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köcürülməsi davam etdirilir. Mart ayının birinci yarısına qədər bu proses bütün ölkə üzrə tam yekunlaşacaq və pensiyaların qrafikdə nəzərdə tutulduğu müddətdən əvvəl vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunacaq.

Hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 290 882 nəfərdir. Onların 60,8 faizini yaşa görə, 28,3 faizini əlilliyə görə, 10,9 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

Son xəbərlər

Orphus sistemi