Ötən ay Azərbaycanda istehsalatla əlaqəli baş verən bədbəxt hadisələrin sayı açıqlanıb

Ötən ay Azərbaycanda istehsalatla əlaqəli baş verən bədbəxt hadisələrin sayı açıqlanıb Son bir ayda istehsalatla əlaqəli qrup halında hadisə qeydə alınmayıb
Sosial müdafiə
11 Noyabr , 2015 11:20
Ötən ay Azərbaycanda istehsalatla əlaqəli baş verən bədbəxt hadisələrin sayı açıqlanıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,2 faiz, bu hadisələr zamanı xəsarət alanların sayı 40 faizə yaxın, istehsalatla əlaqəli qrup halında bədbəxt hadisələrin sayı isə 13 dəfə azalıb. Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, bu ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, işçilərin layiqli əmək şəraiti ilə təmin olunması istiqamətində ardıcıl təbliğat-maarifləndirmə işləri həyata keçirib.

“Təhlükəsiz iş aylığı” çərçivəsində əmək kollektivlərində görüşlər keçirilərək, işçi və işəgötürənlərə əməyin təhlükəsizliyi norma və standartları, istehsalat qəzalarının qarşısının alınması üçün önləyici tədbirlər barədə zəruri məlumatlar, praktik izahatlar verilib.

Aparılan işlərin müsbət nəticəsi kimi, istehsalatla əlaqəli bədbəxt hadisələrin sayında əhəmiyyətli azalma qeydə alınıb.

Bu ilin oktyabr ayında isə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı keçən ilin oktyabr ayı ilə müqayisədə 3,6 dəfə azalaraq 8-ə enib. Ay ərzində istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayı 3,2 dəfə azalıb. Habelə ötən ilin oktyabr ayında istehsalatla əlaqəli qrup halında 1 bədbəxt hadisə baş verdiyi halda, son bir ayda belə hadisə qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi