Yuxarı

Ombudsman: Naxçıvandakı cəzaçəkmə müəssisələrində qanun pozuntusu aşkarlanmayıb

İnsan Hüquqları üzrə Müvəkkilin Preventiv mexanizm qrupunun üzvləri avqustda başçəkmələr həyata keçirib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Preventiv mexanizm qrupunun üzvləri bu ilin avqust ayı ərzində muxtar respublikanın cəzaçəkmə müəssisələrində keçirdikləri başçəkmələr zamanı hər hansı pozuntu halları aşkar etməyiblər.

"Report" xəbər verir ki, muxtar respublikanın İnsan Hüquqları üzrə Müvəkkilinin Preventiv mexanizm qrupunun üzvləri tərəfindən avqust ayı ərzində Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yerində, Sədərək, Şərur, Şahbuz və Babək rayon Polis şöbələrində, Babək rayon Polis şöbəsinin Cəhri Polis Bölməsində, Naxçıvan Qarnizon Haupvaxtında, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəsssisəsinin ümumi, ciddi və qadınlar rejimlərində və 8 saylı Məntəqə tipli Cəzacəkmə müəssisəsində, həmçinin İstintaq Təcridxanasında, Səhiyyə Naziriliyinin tabeliyində olan Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Ahıllar Evində başçəkmələr həyata keçirilib.

Başçəkmələrdə məqsəd müəssisələrdə saxlanılan və ya müalicə alan şəxslərin saxlanılma şəraitinin və onlarla rəftarın, habelə onların hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsini araşdırmaqdan ibarət olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi