Ombudsman Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə baş çəkib

Ombudsman Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə baş çəkib Bakı. 29 may. REPORT.AZ/ İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin strukturuna daxil olan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə baş çəkib və uşaqlarla görüşüb.
Sosial müdafiə
29 May , 2018 15:39
Ombudsman Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə baş çəkib
0 : 00
0 : 00

Bakı. 29 may. REPORT.AZ/ İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin strukturuna daxil olan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə baş çəkib və uşaqlarla görüşüb.

Bu barədə "Report"a Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib. 

Tədbirdə Ombudsman Aparatının sektor müdiri Gülnar Rəhimova, Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində Liderlik məktəbinin üzvləri də iştirak ediblər.

“Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyin sədri Sevinc Abdullayeva qonaqları salamlayıb, xüsusi qayğıya ehtiyacı olan uşaqlara, rəhbərlik etdiyi təşkilata daim göstərilən diqqət və dəstəyə görə ölkə rəhbərliyinə və Heydər Əliyev Fonduna, habelə buradakı uşaqların hüquqlarını daim diqqətdə saxladığına və mütəmadi bu müəssisəyə baş çəkdiyinə görə Ombudsmana minnətdarlığını bildirib.

Müvəkkil Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iştirakçıları təbrik edərək xoş arzularını bildirib. O, ölkə Prezidenti İlham Əliyev tərəfindən bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasını qeyd edərək, müstəqilliyimizin bərpasından sonra dövlətçiliyimizin möhkəmləndirilməsinə, xalqımızın firavanlığı və ölkəmizin davamlı inkişafına xidmət edən ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti nəticəsində respublikamızda insan hüquq və azadlıqlarının, o cümlədən uşaq hüquqlarının təmin edildiyini iştirakçıların diqqətinə çatdırıb.

Ombudsman Daun sindromlu uşaqların vəziyyətini diqqətdə saxlayan, onların sosial reabilitasiyası sahəsindəki səmərəli işinə görə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinə və bu quruma xüsusi bacarıqla, yaradıcılıqla yanaşmaqla, böyük həvəslə və yorulmadan rəhbərlik edən Sevinc Abdullayevaya fəaliyyətinə görə təşəkkürlər edib.

E.Süleymanova uşaq hüquqlarının, bu qəbildən olan şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası ilə bağlı məsələlərin dövlət tərəfindən xüsusi diqqətdə saxlanıldığını, onların hüquqlarının təmini istiqamətində zəruri tədbirlərin görüldüyünü bildirib. Adı çəkilən ictimai birliyin və onun strukturuna daxil olan reabilitasiya mərkəzlərinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılması, yeni avadanlıqlarla təmin olunması və müasir tərzdə fəaliyyət göstərməsi yüksək dəyərləndirilib.

Müvəkkil Daun sindromlu şəxslərin reabilitasiya otaqlarına, rəsm dərnəyi, əl işləri, tikiş, xalçaçılıq, dil və digər kursların yerləşdiyi otaqlara, fənn kabinetlərinə, idman zalına və istirahət guşəsinə baxışlar keçirərək uşaqlarla və müəllimlərlə görüşüb, mərkəzin işi ilə ətraflı tanış olub, buradakı şəraiti yüksək qiymətləndirib və daha da təkmilləşdirilməsi üçün müvafiq tövsiyələr verib. O, ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlara, o cümlədən Daun sindromlu, serebral iflicdən, auitizmdən əziyyət çəkən uşaqlara qayğı göstərilməsinin, bu istiqamətdə tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi