Yuxarı

​Ombudsman Aparatında BMT-dən olan işçi qrupun üzvləri ilə görüş keçirilib

Görüşdə ombudsmanın fəaliyyəti əsas müzakirə mövzularından olub

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında ölkəmizdə səfərdə olan BMT-nin Özbaşına həbslər üzrə işçi qrupunun üzvləri, Setonci Roland Adjovinin rəhbərlik etdiyi nümayəndə heyəti qəbul edilib.

Bu barədə "Report"a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı qonaqları salamlayaraq, Azərbaycan Ombudsmanının nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən BMT və onun müxtəlif qurumları ilə insan hüquqları sahəsində səmərəli əməkdaşlıq etdiyini, bu istiqamətdə işgüzar əlaqələrə daim önəm verdiyini vurğulayıb, habelə həyata keçirilən fəaliyyət istiqamətlərindən danışıb.

Görüşdə Ombudsmanın fəaliyyəti dövründə müxtəlif dövlət qurumları, QHT və KİV-lə əməkdaşlıq əlaqələri, həyata keçirilmiş TWİNNİNG, TAİEX, Şərq Tərəfdaşlığı proqramları, habelə beynəlxalq əməkdaşlıq çərçivəsində BMT və onun müqavilə qurumları, BMT-nin İşgəncələrin qarşısını alınması üzrə Alt Komitəsi (SPT), Avropa Şurası, İşgəncələrə qarşı Avropa Komitəsi (CPT), İşgəncələrin Qarşısının alınması üzrə Assosiasiya (APT) ilə qarşılıqlı əməkdaşlığın əhəmiyyəti fəaliyyətin təkmilləşdirilməsi baxımından əsas müzakirə mövzularından olub.

Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Əlaqələndirmə Komitəsi tərəfindən Azərbaycan Ombudsman təsisatının ən yüksək “A” statusu ilə akkreditasiya olunduğu, bu statusun Azərbaycan Ombudsman təsisatının beynəlxalq əlaqələrinin daha da genişləndirilməsinə, ona BMT-nin İnsan Hüquqları Şurasının fəaliyyətində müstəqil olaraq iştirak etmək, bəyanatlar və tövsiyələr vermək, BMT-nin Saziş Qurumlarına təqdim edilməsi üçün hökumət hesabatlarının hazırlanmasında iştirak etmək, həmçinin paralel və alternativ hesabatlar hazırlamaq və sazişlərin həyata keçirilməsinin monitorinqini aparmaq səlahiyyətlərini verdiyindən, bu istiqamətdə də həyata keçirilən geniş fəaliyyətlə bağlı məlumatlar qonaqların diqqətinə çatdırılıb.

Görüş çərçivəsində BMT-nin Özbaşına həbslər üzrə işçi qrupunun üzvlərinin sualları cavablandırılıb və qarşılıqlı müzakirələr aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi