Yuxarı

DSK: Ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 29,8 min nəfərdir

İşsiz statusuna malik olan şəxslərin çoxu Bakıda yaşayır

Bakı. 19 fevral. REPORT.AZ/ Bu ilin fevral ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, bu müddət ərzində işçislərin sayı 29,8 min nəfər olub ki, onların 38,3 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği isə 281 manat olub.

İşsiz statusuna malik olan şəxslərin çoxu məhz paytaxt Bakıda yaşayır. Belə ki, onların sayı 12 513 nəfərdir. Onlardan işsizliyə görə müavinət alanların sayı isə 1012 nəfər təşkil edib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi