Yuxarı

Nazirlik müharibə əlili və onlara bərabər tutulan şəxsələrə minik avtomobilləri verib

Nazir müavini: Son üç ay ərzində 400 şəxsə minik avtomobili təqdim olunub

Bakı. 18 noyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 95 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə "Naz-LİFAN" markalı minik avtomobilləri verib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, onlardan 47 nəfəri Qarabağ müharibəsi, 15 nəfəri Böyük Vətən müharibəsi, 1 nəfəri 20 Yanvar, 10 nəfəri Çernobıl AES əlili, 22 nəfəri isə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlardır.

Avtomobillərin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov deyib ki, 2014-cü ilədək növbədə dayanan bütün imtiyazlı şəxslər ötən il ərzində avtomobillə tam təmin olunublar: "Növbəyə dayananlardan 67 nəfərə minik avtomobili verildi. Son üç ay ərzində isə artıq 400 nəfər müvafiq şəxsə minik avtomobili təqdim olunub".

Nazir müavini bildirib ki, indiyə qədər Azərbaycanda dövlətin avtomobil verdiyi 5750 nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxsin 33,6 faizi, yəni 1933 nəfəri məhz keçən il və cari ilin ötən dövründə avtomobillə təmin edilib.

Minik avtomobili ilə təmin olunan müharibə əlilləri və onlara bərabər tutulan şəxslər Azərbaycanın dinamik inkişafı şəraitində bütün sosial proqramların, o cümlədən onların təminatının gücləndirilməsinə yönələn tədbirlərin uğurla davam etdirilməsindən razılıqla bəhs ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi