Yuxarı

Nazirlik: Birinci qrup əlillik təyin olunanların sayı 75,8 faiz azalıb

Nazirlik: Birinci qrup əlillik təyin olunanların sayı 75,8 faiz azalıb

Bakı. 16 noyabr. REPORT.AZ/ 2018-ci ilin III rübündə əlillik təyin olunanların, həmçinin 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqların (SİMU) sayında bu ilin birinci rübünə nisbətən 61,3 faiz azalma olub. 

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ikinci rüb ilə müqayisədə isə əlillik təyinatında azalma 20 faiz təşkil edib.

O cümlədən, ilkin olaraq I qrup üzrə əlillik təyinatlarında 75,8 faiz, II qrup üzrə 62,3 faiz, III qrup üzrə 51,9 faiz, SİMU üzrə 55 faiz azalma qeydə alınıb.

Qrup 2018-ci il III rüb 2018-ci il I rübə nisbətən azalma 2018-ci il II rübə nisbətən azalma
I qrup 375 75,84%▼ 36,87%▼
II qrup 1990 62,27%▼ 18,38%▼
III qrup 696 51,93%▼ 22,49%▼
SİMU 995 55,00%▼ 11,71%▼
Cəmi 4056 61,32%▼ 19,79%▼

Məlumata görə, əlillik təyinatlarına nəzarətin gücləndirilməsi və bu sahənin şəffaflaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən birgə işlər davam etdirilir. Xüsusilə də yanlış əlillik təyinatlarının və əlillik təyinatı üçün əsassız göndərişlərin aşkar olunaraq ləğv edilməsi nəticəsində əlilliyin artım tempi bu il əhəmiyyətli şəkildə azalıb.

Əlilliyi olan şəxslərin reabilitasiya potensialının düzgün qiymətləndirilməsi əsasında onların sağlamlıqlarının bərpasında və cəmiyyətə inteqrasiyasında konkret nəticələrə yönələn fərdi reabilitasiya proqramının tətbiqi də qarşıda duran vəzifələrdəndir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi