Nazirlik ahıl yaşlı pensiyaçının təhqir olunması ilə bağlı videogörüntüyə münasibət bildirib

Nazirlik ahıl yaşlı pensiyaçının təhqir olunması ilə bağlı videogörüntüyə münasibət bildirib Məsələ ilə bağlı Mərkəzin direktoru tərəfindən daxili işlər orqanlarına müraciət edilib
Sosial müdafiə
10 Aprel , 2017 17:21

Bakı. 10 aprel. REPORT.AZ/ "Sosial şəbəkələrdə yayılan və qəbula gəlmiş ahıl yaşlı şəxslə qeyri-etik davranışın əks olunduğu videogörüntülərin Saatlı rayon Məşğulluq Mərkəzi ilə heç bir əlaqəsi yoxdur. Həmin videogörüntülərin guya Mərkəzin direktoru Bayram Mikayılovun iş otağında çəkilməsi ilə bağlı qeyd edilənlər də tamamilə əsassız və böhtan xarakterlidir".

Bunu "Report"un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.  

Məlumata görə, araşdırma zamanı Saatlı rayon sakini Allahyarov Elşən Mehdiqulu oğlunun ümumiyyətlə rayon Məşğulluq Mərkəzinə heç zaman müraciət etmədiyi (bunu E.Allahyarovun özü də təsdiq edib) və bu videogörüntülərin şəxsi zəminində Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru B.Mikayılovu şantaj etmək, gözdən salmaq üçün montaj edilərək hazırlanaraq sosial şəbəkələrə yerləşdirildiyi məlum olub.

Nazirlikdən bildirilib ki, qeyd edilən hadisə ilə əlaqədar aidiyyəti üzrə tədbir götürülməsi üçün B.Mikayılov tərəfindən daxili işlər orqanlarına müraciət edilib. Mərkəz direktoru həmçinin onunla bağlı böhtan məqsədilə hazırlanmış videogörüntüləri heç bir dəqiqləşdirmə aparmadan və əsassız olduğunu bilə-bilə ictimailəşdirən saytla bağlı məhkəməyə də müraciət edib.   

Son xəbərlər

Orphus sistemi