Yuxarı

Nazirlik 50 min manatdan çox gecikdirilən sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib

Gecikdirilən sosial xarakterli ödənişlərin 76,2 faizi əməkhaqlarından ibarət olub

Bakı. 15 mart. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yanvar-fevral aylarında vətəndaşların müraciətlərinin araşdırılması zamanı ümumilikdə 53121 manat məbləğində gecikdirilən sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, gecikdirilən sosial xarakterli ödənişlərin 76,2 faizi əməkhaqlarından, 19 faizi sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub. Bu sahədə qanunvericilikdən irəli gələn məsələlərlə bağlı işəgötürənlərə izahatlar verilib.

Bununla yanaşı, son iki ayda işdən qeyri-qanuni şəkildə azad edilmiş 10 nəfərin Xidmət tərəfindən yenidən öz əvvəlki işinə bərpa olunması təmin edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi