Nazir: "Narkomanlar tam sağaldığı halda, cinayət məsuliyyətindən azad ola biləcəklər"

Nazir: "Narkomanlar tam sağaldığı halda, cinayət məsuliyyətindən azad ola biləcəklər" Bu, əməlində başqa cinayət tərkibi olmayan narkomaniya xəstəliyinə düçar olmuş şəxslərə aiddir
Sosial müdafiə
22 Noyabr , 2017 06:55
Nazir: Narkomanlar tam sağaldığı halda, cinayət məsuliyyətindən azad ola biləcəklər

Bakı. 22 noyabr. REPORT.AZ/ "Azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması və sanksiyalara alternativ cəzaların daxil edilməsi məqsədilə Cinayət Məcəlləsinə azadlığın məhdudlaşdırılması yeni cəza növü daxil edilib. Həmçinin Məcəlləyə elektron nəzarət vasitələrinin tətbiqi, cəzanı yüngülləşdirən halların dairəsinin genişləndirilməsi, cəzanın təyin edilməsi və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı mühüm dəyişikliklər olunub".

"Report” xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində bildirib.

Onun sözlərinə görə, bundan başqa, zərərçəkmiş şəxslə barışma institutu təkmilləşdirilib, ziyanın ödənilməsi və dövlət büdcəsinə ödəniş edilməsi, müvafiq hüquqpozmanın aradan qaldırılması şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən edilib.

F.Məmmədov bildirib ki, yeni dəyişikliklərə əsasən, əməlində başqa cinayət tərkibi olmayan narkomaniya xəstəliyinə düçar olmuş şəxslər stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla tam sağaldığı halda, cinayət məsuliyyətindən azad ola biləcəklər.

Son xəbərlər

Orphus sistemi