Nazir müavini: “Son 5 ildə 4 sosial islahat paketi icra olunub”

Nazir müavini: “Son 5 ildə 4 sosial islahat paketi icra olunub” “Azərbaycanın Prezidenti İlham Əliyevin tapşırıqları əsasında son 5 ildə 4 sosial islahat paketi icra olunub”.
Sosial müdafiə
2 İyun , 2023 11:08
Nazir müavini: “Son 5 ildə 4 sosial islahat paketi icra olunub”
Anar Kərimov

“Azərbaycanın Prezidenti İlham Əliyevin tapşırıqları əsasında son 5 ildə 4 sosial islahat paketi icra olunub”.

"Report"un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov “2018-2023: sosial islahatlar və əldə olunan nailiyyətlər” mövzusunda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 4 milyondan çox vətəndaşı əhatə edən həmin sosial islahatlar nəticəsində minimum aylıq əməkhaqqında 2,7 dəfə, minimum pensiyada 2,5 dəfə, orta aylıq əməkhaqqında 65 faiz, median əməkhaqqında 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2,5 dəfə artım baş verib, 10-dan çox yeni sosial ödəniş növü təsis olunaraq və sosial təminat sistemində bir sıra humanist yanaşmalar, güzəştlər tətbiq edilməklə bu sistemin əhatə dairəsi daha da genişləndirilib: “Həmin 4 sosial islahat paketi üzrə əlavə olaraq ayrılan illik vəsait 6,8 milyard manata çatıb”.

A.Kərimov deyib ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və həmin vaxtdan 6 DOST Mərkəzi, habelə Zəngilanın Ağalı kəndində ölkə üzrə ilk “Smart DOST” məntəqəsi açılıb:

“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan, 154 növdə sosial xidmətin “bir pəncərə”dən, çevik, tam şəffaf şəkildə təqdim edildiyi DOST mərkəzlərində ötən dövrdə 1 milyon 561 min vətəndaşa xidmət göstərilib, bu xidmətlərdən vətəndaş məmnunluğu 98,5 faiz təşkil edib. DOST konsepsiyası beynəlxalq səviyyədə də yüksək dəyərləndirilərək 9 beynəlxalq mükafat və sertifikatla təltif olunub və DOST təcrübəsini öyrənməyə maraq göstərən ölkələrin sayı daim artır. Hazırda DOST mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işləri diqqətə çatdırılıb”.

Son xəbərlər

Orphus sistemi