ARDNF-in aktivləri 2030-cu ildə 78 milyard dolları keçə bilər

Maliyyə
  • 04 noyabr, 2026
  • 11:47
ARDNF-in aktivləri 2030-cu ildə 78 milyard dolları keçə bilər

Baza ssenarisinə əsasən, 2030-cu ildə Azərbaycanın Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin 78,3 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır.

"Report" xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfində öz əksini tapıb. Ekstremal ssenarilərdə bu göstəricinin 8 milyard dollaradək fərqlənə biləcəyi gözlənilir.

Sənədə əsasən, ortamüddətli dövrdə dövlət büdcəsinə transfertlərin azaldılması hesabına neftin əlverişsiz qiymətləri şəraitində belə Fondun aktivlərinin qorunması nəzərdə tutulur.

Bu il oktyabrın 1-nə ARDNF-in aktivləri 74 milyard 4 milyon ABŞ dolları təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 0,6 % artım deməkdir.

44 filmi