Nazir müavini: "Qiymət artımının aztəminatlı təbəqəyə təsirinin azaldılması məqsədilə təkliflər hazırlanıb"

Sosial müdafiə
  • 18 yanvar, 2016
  • 07:15
Nazir müavini: Qiymət artımının aztəminatlı təbəqəyə təsirinin azaldılması məqsədilə təkliflər hazırlanıb

Bakı. 18 yanvar. REPORT.AZ/ "Devalvasiyanın minimum istehlak səbətinə təsirlərinin öyrənilməsinə başlanılıb". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, istehlak qiymətləri çox ciddi nəzarətə götürülüb: "Unun və çörək məmulatlarının qiymətlərinin aşağı salınması məqsədi ilə fiskal tədbirlər həyata keçirilib. Əhalinin aztəminatlı təbəqələrinin alıcılıq qabiliyyətinin artırılması və qiymət artımının təsirlərinin azaldılması məqsədilə hökumət bütün sosial ödənişlərin artırılması istiqamətində təkliflər hazırlayıb".